SON XƏBƏR

Xocavənd Xəstəxanasının direktoru Kifayət Hacıyeva işdən çıxarıldı

Noyabr 01
13:42 2022
Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kifayət Hacıyeva vəzifəsindən azad edilib.
 
Qlobal.az xəbər verir ki, 1 il öncə baş direktor təyin edilən Kifayət Hacıyevanın vəzifədən çıxarılmasının səbəbi onun haqqında çoxsaylı şikayətlərin olması və xəstəxanada aparılan yoxlama nəticəsində ciddi maliyyə pozuntusunun üzə çıxdığı bildirilir.
 
"Beyləqan Xəbərləri"nə daxil olan məlumata görə Xocavənd Mərkəzi Rayon Xəstəxanasında aparılan yoxlamalar zamanı ortaya çıxan maliyyə pozuntularından sonra TƏBİB rəhbərliyi Kifayət Hacıyevanı vəzifəsindən azad edib.

Həmçinin bildirilir ki, Kifayət Hacıyeva haqqında vətəndaşlar təərfindən edilən şikayətlər Xocavənd rayon Prokrorluğunda araşdırılır. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook