SON XƏBƏR

Tağı Əhmədov ömürlük əlil arabasına yerləşdirildi

İyun 07
13:16 2023
"Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı, onun ürəyində də ciddi problem yaranıb. Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova Manset.az-a açıqlamasında faktı təsdiq edərək, bunları deyib: 

"Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti üərkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem var. İndi müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook