SON XƏBƏR

Saxlanıldığı deyilən Ziyafət Abbasova ruhi xəstəxanada imiş

İyun 07
10:26 2023
Sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Z.Abbasovanın dünən Cəmil Həsənlinin kitab təqdimatında iştirak etmək üçün evdən çıxdığı və daha sonra ondan xəbər alınmadığı bildirilib. Z.Abbasovanın saxlanıldığı ilə bağlı iddialar da səsləndirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo”ya bildirib ki, Ziyafət Abbasovanın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır: "Vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook