SON XƏBƏR

Elşad Həsənov Yasamalı 92-93-cü illərə qayrarır - FOTOLAR

İyul 11
12:56 2023
Bakının Yasamal rayonundakı Yeni Yasamal yaşayış massivində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox Dadaş Bünyadzadə küçəsindədir. Belə ki, küçənin piyadalar üçün nəzərdə tutulmuş səkisi meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər tərəfindən tamamilə zəbt olunub:

"Ərazidə antisanitariya şəraiti hökm sürür, yararsız, çürük meyvə və tərəvəzlərin tullantısı, satıcıların bir-biri ilə tez-tez mübahisə etməsi sakinləri təngə gətirib. Xüsusilə piyadaların həmin ərazilərdən rahat və təhlükəsiz keçə bilməməsi, buna görə də məcburən avtomobil yoluna çıxması təhlükə və narazılıq yaradır. Valideynlər uşaq arabası ilə, məhdudiyyətli şəxslər əlil arabası ilə sözügedən hissədən keçə bilmirlər”.

Sakinlər onu da bildiriblər ki, Dadaş Bünyadzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsində də piyadaların yolu keçməsi müşkülə çevrilib. Buna səbəb oradakı yerüstü piyada keçidinin üzərində taksilərin dayanmasıdır:

"Taksi fəaliyyəti ilə məşğul olan sürücülərə dəfələrlə irad bildirmişik. Amma sakinlərin narazılığını heç vaxt diqqətə almayıblar”.
 
Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook