SON XƏBƏR

"Veysəloğlu"nun gətirdiyi çaylardan qurd çıxıb

Noyabr 12
01:43 2022
Bakıda marketdən alınan onlarla "TESS” çay paketinin içərisindən qurd çıxıb. 

Bununla bağlı vətəndaşlardan Demokrat.az-a şikayət daxil olub. 

Şikayətçilərin sözlərinə görə, Bakıda marketlərdən alınan "TESS” çaylarının  içərisində qurdlar var.

Şikayətçilər Bakıdakı əksər marketlərdən alınan "TESS" çaylarında oxşar halla qarşılaşdıqlarını deyirlər. 
 


Məsələ ilə bağlı "Veysəloğlu" MMC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri Aynur Həsənzadə Demokrat.az-a açıqlamasında "TESS” çaylarının ölkəyə "Veysəloğlu” şirkəti tərəfindən gəldiyini bildirib. 

Şirkət rəsmisi həmin çaylardan qurd çıxması ilə bağlı səsləndirilən iddialarla bağlı bunları deyib: "Əgər hər hansısa bir məhsulun keyfiyyəti ilə bağlı şikayət varsa, yaxud da qurd çıxıbsa, bununla bağlı şikayətçi vətəndaş rəsmi formada müraciət etməlidir. Biz birbaşa şikayətçilə danışırıq və öyrənirik ki, birinci məhsulu hardan alıb. Çünki məhsulun keyfiyyətsiz olmasında məsuliyyəti həm istehsalçı, həm də marketlər məsuliyyət daşıyır. Çünki saxlanma qaydalarına düzgün riayət edilmədikdə, bu problemlər ola bilir. Buna görə marketlər də məhsulu düzgün şəraitdə saxlamalıdır. Burada üçüncü tərəfin də əslində günahı olmuş ola bilər, yəni istehlakçının özünün də. Bunun tam araşdırılması üçün müştərinin aldığı məhsulu biz alırıq və onu laboratoriyaya təqdim edirik. 
 


Həmçinin, vətəndaş onu hansı marketdən aldığını bildirməli və çekini təqdim etməlidir. Araşdırma aparıldıqdan sonra biz müvafiq açıqlamanı verə bilirik. Qeyd edim ki, biz məhsulu istehsal edən şirkət deyilik, onu sadəcə ölkəyə gətiririk və marketlərə satışa veririk. İndi həmin şikayətçinin haradan, necə aldığını bilmədən dəqiq fikir bildirə bilmirik. Əgər problem istehsalçı tərəfdəndirsə, o zaman məsuliyyəti istehsalçı özü daşıyır. Ümumiyyətlə, "TESS” çayı bütün ölkələrdə istehsal olunur və biz sadəcə onun daşınmasını təşkil edirik”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook