Vətənə xüsusi xidmət etmiş gələcək dənizçilərə aylıq maddi yardım veriləcək
Noyabr 14
10:33
2022
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında və Azərbaycan Dənizçilik Kollecində təhsil alan, Vətən qarşısında xüsusi xidməti olan tələbələrə aylıq maddi yardım veriləcək.
Məlumata görə, Qarabağ müharibəsi və yaxud 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailə üzvlərindən birinə 300 manat, Qarabağ müharibəsi ilə bağlı əlilliyi olan şəxslərə 200 manat, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçılarına (aidiyyəti dövlət orqanlarının verdiyi arayış əsasında) 150 manat ödəniş ediləcək.