Rüşvət aldığı deyilən direktora başqa vəzifə verilməsi ilə bağlı nazirdən açıqlama
Noyabr 25
19:00
2022
Elm və təhsil naziri Emin Əmrullayev qalmaqallı səs yazısı yayılan direktor Nəcibə Axundova ilə bağlı danışıb.
Qlobal.az
E. Əmrullayev Nəcibə Axundovanın başqa məktəbə direktor təyin edilməsinin istisna hal olduğunu deyib:
"45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə direktor təyin olunması istisna haldır. Məktəb direktoru təyin olunanda onun əvvəlki təcrübəsini nəzərə alıb məktəb tapırıq. Yeni dövrdə adətən bir illik təyin olunur, sonra bu daha bir il uzadılır. Sonra isə nəticələrə baxılır. Direktorla bağlı neqativ hal olanda araşdırılır. Bu mənim üçün də, cəmiyyət üçün də səhv qərar deyil, istisnadır. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Hesab edirəm cəmiyyət bu qərarı anlayışla qarşılayacaq. Həmin direktorla söhbət aparılıb və o bundan nəticə çıxaracaq”.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Nəcibə Axundovanın rüşvət aldığı iddia olunan səs yazısı yayılıb. O, 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru vəzifəsindən çıxarılaraq 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə gətirilib.
Məlumat üçün deyək ki, N. Axundova 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
Qlobal.az