Masallı meşələrində olan sexlərə kimlər himayədarlıq edir? (FOTO)
Dekabr 05
11:30
2022
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərində ev, ferma və sexlərin tikilməsi ilə bağlı mediada dəfələrlə məlumatlar dərc olunub. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət meşə fonduna daxil olan ərazilərin zəbt olunmasına qarşı lazımi tədbir görmür.
AzToday.az xəbər verir ki, şərti olaraq "meşə mafiyası” adlanan Ekologiyanın işçiləri Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisindən merkantil maraqları üçün yararlanırlar.
Hazırda Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində eyni vəzifəni tutan Abuturab Bağırov indiyənə kimi köhnə iş yerinin qara işlərini görməkdə davam edir. İxtisas təhsilinin olmamasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kpk salmış "meşə mafiyası”nın sevimli kadrı olan Abuturab Bağırov tezliklə Masallıya qayıtmaq istəyir. Məlumatlara görə, baş mühafizə mühəndisi Lənkəranda Masallı qədər qazana bilmir.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən Əmək Məcəlləsinin 70c maddəsi ilə işdən çıxarılan Abuturab Bağırovun idarəyə qayıdıb hansı vəzifəni tutmaq istədiyi dəqiq bilinməsə də, Mərkəzin direktoru Nəsimi Nəsibovla münasibətlərinin yüksək səviyyədə olduğu deyilir. Məhz bu səbəbdən də Abuturab Bağırov rəsmi vəzifəsinin olmamasına baxmayaraq, hələ də Mərkəzin xidməti ərazisində yerləşən obyektlərlə "hesablaşmaları” həyata keçirməkdə davam edir…
Qeyd edək ki, ötən əsrin 50-ci illərində Lənkəran-Masallı magistralı boyunca salınan meşə zolağı ərazisində xeyli sayda obyekt və ticarət obyektləri var…
Qlobal.az