SON XƏBƏR

Əvəz Zeynallının həbs müddəti uzadıldı

Dekabr 29
13:26 2022
Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq jurnalist, "Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb.

Novator.az bildirir ki, Əvəz Zeynallı sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook