Baş Prokurorluqdan Kəramətlə bağlı açıqlama: "Konkret cinayət işi üzrə..."
Oktyabr 27
20:02
2022
Baş Prokurorluq Kəramət Böyükçölün İstintaq idarəsinə çağırılması məlumatı ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.
Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.
İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir".