SON XƏBƏR

Azərtac-ın torpaqlarını satmaqda ittiham olunan Tural Aslanov kimdir?

Dekabr 15
12:16 2022
AZƏRTAC-ın idarə heyətinin keçmiş sədri Aslan Aslanovun öz vəizfəsindən uzaqlaşdırılmasına səbəb onun korrupsiya əməllərinin olması barədə deyilənlər təsdiqini tapmaqdadır.

Gununsesi.info-ya daxil olan bir materialda Aslan Aslanovun fəaliyyəti zamanı həyata keçirdiyi bəzi korrupsiya faktlarından bəhs edilir.

Bildirilir ki, Aslan Aslanov bu əməlləri Konstitusiya Məhkəməsinin mətbuat xidmətində çalışan oğlu Tural Aslanov ilə birlikdə həyata keçirib.

Belə ki, AZƏRTAC-ın jurnalistləri üçün Dübəndidə ayrılmış torpaq sahələri jurnalist olmayan və A.Aslanova yaxın 32 şəxsin adına rəsmiləşdirilərək, sonradan etibarnamə ilə Tural Aslanovun yaxın dostu və AZƏRTAC-da reklam şöbəsinin müdiri olan Əlişan Quluzadənin vasitəçiliyi ilə satılməşdır. Ayrı-ayrı vətəndaşlara ümumilildə 16 satış həyata keçirilib.
Həmçinin Tural Aslanovun şəxsi biznes məqsədilə açdığı idman zalı üçün nəzərdə tutulan avadanlıq sonradan AZƏRTAC tərəfindən saxta tenderlə satın alınmışdır.

Söhbət hər iki proses üzrə milyonlarla manatdan gedir.

Aslan Aslanovun qohumları bir yana, Şabran rayonunun Qalaltı kəndində tikdirdiyi villasının bütün tikinti xərci də AZƏRTAC balansından ödənilib.

Bundan başqa tikinti rəhbərinə əməkhaqqı ödənilməsin deyə onun iki övladı da agentliyə tərcüməçi kimi işə alınıb.

Məsələ ilə bağlı Aslan Aslanovun mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Bununla belə onun da mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook