SON XƏBƏR

Azərbaycanda əhalinin su ilə təminat səviyyəsi 85-90%-ə çatdırılacaq

Oktyabr 14
12:42 2022
Azərbaycanda 2026-cı ilə qədər əhalinin içməli su ilə təminat səviyyəsi 70 % -dən 85 %-ə, suvarma suyu ilə təminat səviyyəsi isə 80 %-dən 90 %-ə çatdırılacaq.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı dirketoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı "Yaşıl iqtisadiyyat” kitabının təqdimatında bildirib.

Onun sözlərinə görə, bu, ölkə Prezidentinin təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulub.
"Bundan başqa, sənədə əsasən, yaxın 4 ildə ölkədə "yaşıl örtüy"ün payı 12 %-dən 12,3 %-ə, elektrik enerjisi istehsalında alternativ mənbələrdən istifadənin isə 17,3 %-dən 24 %-ə çatdırılması planlaşdırılır. 2030-cu ildə isə 30 %-lik səviyyəyə çatacağıq. Bu strateji prioritet çərçivəsində istifadəyə yararsız torpaqların isə payının 25 %-dən 15 %-ə qədər endirilməsi nəzərdə tutulub. Bütün bu nəticələrə nail olmaq üçün hökumət, beynəlxalq inkişaf partnyorları və sahibkarların nümayəndələri birgə çalışmalıdır", - deyə V.Qasımlı əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook