Unun ucuzlaşması çörəyin qiymətinə təsir edəcək? (VİDEO)
İyul 15
10:04
2023
Unun qiyməti kəskin ucuzlaşıb, amma çörəyin qiymətində azalma yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, 38-40 manata qədər bahalaşan 50 kiloqramlıq bir kisə un hazırda topdansatış məntəqələrində 26-28 manata təklif olunur. Marketlərdə isə çörək 60 qəpiyə satılır. Son 5 ayda cəmi 5 qəpik ucuzlaşma müşahidə edilir.
Satıcılar deyirlər ki, onlara çörək zavoddan 55 qəpiyə gətirildiyi üçün qiymətləri endirə bilmirlər. Onların sözlərinə görə, sahibkarlar qiymətlərdə dəyişklik etdiyi təqdirdə ucuzlaşma ola bilər. Digər un məmulatları ilə bağlı da qiymətlərdə enmə hiss olunmur.
Mövzuya münasibət bildirən iqtisadçı - ekspert Xalid Kərimli bidirib ki, ölkəmizdə unun qiyməti 30 faizə qədər uculaşsa da, çörəyin satış qiymətində əhəməyyətli dərəcədə enmə gözlənilmir. Onun sözlərinə görə, qiymətlərin daha aşağı səviyyəyə enməsi üçün digər xərclər də ucuzlaşmalıdır.
Çörək zavodlarından isə bildirdilər ki, son bir neçə ayda qiymətlər 2 dəfə dəyişib. Ümumi istifadədə olan çörəyin qiyməti 70 qəpikdən 60 qəpiyə endirilib. Qeyd edilib ki, hazırda kommunal xərclər qiymətin enməsinə imkan vermir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: