SON XƏBƏR

Daha bir neçə ailə Laçın şəhərinə yola salındı

İyun 19
10:02 2023
Daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook