SON XƏBƏR

FHN-nin "sökmüşük" dediyi köşk yenidən açıldı - Nə baş verir? (VİDEO)

İyul 17
13:50 2023
Xəbər verdiyimiz kimi, Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində (Əsəd Əhmədov küçəsi) gecə saat 00:20 radələrində küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, bu gün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti məlumat yararaq, digər yerlərlə yanaşı Əsəd Əhmədov küçəsində heç bir icazəverici sənəd olmadan qanunsuz qoyulan köşkün söküldüyünü bəyan edib. 

Əsəd Əhmədov küçəsində qoyulan köşkün həqiqətən sökülüb-sökülməməsini araşdırdıq. Və məlum oldu ki, köşkün FHN əməkdaşları tərəfindən müəyyən bir hissəsi uçurlsa da, yenidən bərpa edilib. Hətta köşkün şüşələrinə ağ pərdə də salınıb. 
 
Əldə etdiyimiz məlumata görə, köşk sahibi Yasamal Rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlardan müəyyən razılşaşmalar hesabına razılıq alsa da, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətindən heç bir razılıq alınmayıb. 

Məsələni diqqətdə saxlayacağıq....

Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Yanğın Nəzarəti Xidmətinin yeni rəisi, daxili xidmət polkovnik Aqşin Kazımovdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook