SON XƏBƏR

Bu gündən müəllimlərin sertifikasiya imtahanı başlayır

İyun 20
08:30 2023
Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır.

"Report"un xəbərinə görə, onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

Gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

Yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq.

Sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq. Gələcəkdə digər motivasiya xarakterli addımlar da olacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook