SON XƏBƏR

Lavrov Azərbaycan xalqına başsağlığı verdi

Yanvar 28
09:20 2023
Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

S.Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, Səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

C.Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasının qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook