SON XƏBƏR

FRANSA SƏFİRİNİN AĞRI DAĞI “SEVGİSİ” – Makronun İrəvandakı yeni səfiri "iş başındadır"

İyul 31
17:11 2023
Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində Fransa İrəvana yeni səfir təyin edib. Olivye de Kotinyi adlı bu Fransa diplomatı sözügedən təyinata qədər İranda və İrak Kürdüstanında önəmli vəzifələr tutub.
 
Belə ki, onun son iş yeri Fransanın İrak Kürdüstanındakı konsulu vəzifəsi olub. Bundan əvvəl isə yeni səfir Fransanın İrandakı səfirliyində yüksək vəzifə tutub. Məlumatlara görə, Kotinyi Fransanın Yaxın Şərq regionundakı siyasətini həyata keçirən əsas fiqurlardan biri olub.

"AzPolitika.info" Ermənistan mətbuatına istinadla xəbər verir ki, Makronun İrəvandakı yeni səfiri görəvinə başlar-başlamaz "özünü göstərməyə" qərar verib. Belə ki, de Kotinyi öz sosial şəbəkə səhifəsindəki şəklini Ağrı dağının fonunda paylaşıb. Məlum olduğu kimi, Türkiyənin suveren ərazisində yerləşən bu dağı ermənilər "ararat" adlandırırlar. Ağrı dağının şəklini paylaşan səfir ermənilərin ünvanına mədhiyyələr söyləyib, onların "dəyanətindən" və s. dəm vurub.

Tarixən dəyanətin, ləyaqətin, əxlaqın Fransa üçün nələrdən ibarət olduğunu nəzərə alsaq, ermənilərin ünvanına söylənən bu təriflərin gerçək mahiyyətini anlamaq asandır. Lakin bir ölkə səfirinin başqa bir dövlətin ərazi bütövlüyünü sual altına alan eyhamlar vurması və bu məqsədlə Türkiyənin Ağrı dağının şəklini paylaşması Fransanın regiondakı ermənipərəst, təxribatçı və riyakar siyasətinin növbəti təzahürüdür. Ancaq nə Fransanın, nə Ermənistanın, nə də onun digər havadarlarının səyləri Ağrı dağının Türkiyəyə aidiyyatı faktını dəyişmir və heç zaman da dəyişməyəcək...


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook