SON XƏBƏR

Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Portalı yaradılacaq

Avqust 05
11:12 2023
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası tərəfindən Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (Portalının) yaradılacaq.

Bu barədə Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının iclasında tapşırıq verilib. İclasda Komissiya qarşısında duran vəzifələrin, səmərəli koordinasiyasının təşkili, cari və növbəti illər üzrə onun iş planının hazırlanması, Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (Portalının) yaradılması, ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud normativ hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı, habelə görüləcək digər işlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook