SON XƏBƏR

Obama prezident seçkilərində Baydenə dəstək verəcək

Avqust 03
09:16 2023
ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Cozef Baydenə 2024-cü ildə keçiriləcək seçkilərdə dəstək verəcəyini vəd edib.
 
Bu barədə "Report” "NBC” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, iyun ayında Obama Ağ Evə gəlib və şəxsi şam yeməyi zamanı Baydenə söz verib ki, "onun yenidən seçilməsi üçün əlindən gələni edəcək”.
Eyni zamanda "The Washington Post” yazıb ki, Obama görüşdə mühafizəkar media və siyasi qütbləşmiş elektoratın Donald Trampı güclü dəstəkləməsindən narahat olduğunu bildirib.

2024-cü il noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri keçiriləcək. Hazırda 15-dən çox siyasətçi öz namizədliyini irəli sürüb. Bununla belə, əsas namizədlər hələ də Bayden və Trampdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook