SON XƏBƏR

Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün İlham Əliyevə aid olduğunu deyib

Mart 16
03:40 2023
Rəcəb Tayyib Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyib.

Qlobal.az xəbər verir ki, Türkiyə lideri bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirdi.

Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edildi, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulandı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook