Şamil Ayrım: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha uca zirvələri fəth edəcək
Dekabr 22
03:36
2021
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu qardaş ölkəmizin otuz il üz-üzə qaldığı mənfur işğala son qoydu. Qədirbilən Azərbaycan xalqı əbədiyyətə qədər bu tarixi hərbi Zəfəri unutmayacaq. Bu tarixi Qələbə yalnız torpaqların azad edilməsi deyil, həm də bəşəri dəyərlərin qorunmasının təntənəsidir.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım söyləyib.
Müzəffər Ali Baş Komandan, Türk Dünyasının Ali Ordeninə layiq görülmüş Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən xoş arzularını çatdıran Şamil Ayrım deyib: "Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə xalqı 44 günlük Vətən savaşında hansı məhəbbətlə Azərbaycanın yanında olubsa, bundan sonra da bütün varlığımızla can Azərbaycanla birlikdəyik”.