SON XƏBƏR

İranın gücü çatır, ABŞ-dəki İsrail səfirliyini bombalasın" - Siyavuş Novruzov

Aprel 05
11:41 2024
"Son günlər Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Məni bu məsələdə narahat edən İranın susqunluğudur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, İran müharibə dövründə deyirdi ki, Zəngəzura girmək olmaz, Ermənistanda konsulluq açırdı: "Sərhəddə Aİ müşahidə missiyası var, amma İran vasitəsilə Ermənistana silah daşınır. İran bəs niyə susur? Bəs İran bilmir ki, bu silahlar Azərbaycan yox, İran üçün yığılır? İran parlamentində həpəndin biri deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamaq lazımdır. İsrailin 150-dən artıq ölkədə səfirliyi var, niyə gözünüz Azərbaycandakı səfirliyi görür? İranın gücü çatır, ABŞ-dəki İsrail səfirliyini bombalasın, Rusiyadakı, ərəb ölkələrindəkini bombalasın. Niyə Azərbaycan? İndi hər kəs öz mövqeyini ortaya qoymalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook