Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
![](https://qlobal.az/photo/680x365/2024-04/1713274962_f6a9697b-0b1c-4c81-bb5d-0a6071eadd49.jpg?1737317996)
Aprel 16
17:42
2024
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.
APA xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat katibi "X" hesabında bildirib.
Onun sözlərinə görə, XİN rəhbəri Mirzoyan 17-18 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək. Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistan tərəfindən ilk yüksək səviyyəli səfər olacaq.
Səfər çərçivəsində Ararat Mirzoyan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhanla görüşəcək.