Nazir müavini: Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik
Avqust 02
13:05
2021
Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərdilər. Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik.
Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Mətin hadisə yerində olan xüsusi müxbirinə açıqlamasında bildirib.
Hazır müavini deyib ki, Türkiyədə 107 yanğın hadisəsi qeydə alınıb. Göstərilən müdaxilələr nəticəsində onların 98 nəzarətə alınıb. Digər 11 məntəqədə isə yanğınlar davam edir. İnşallah ki, tezliklə bir yerdə bu fəlakətin qarşısını alıb normal həyatı bərpa edərik.