Gürcüstan Baş nazirinin parlamentdə çıxışı səs-küylə qarşılanıb
İyun 22
16:00
2022
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin parlamentdə illik hesabatla çıxışı səs-küyə səbəb olub.
"Report”un yerli bürosu xəbər verir ki, onun Avropa Komissiyasının iyunun 17-də Gürcüstanla bağlı tarixi qərar qəbul etdiyini söyləməsi müxalifəti təmsil edən deputatlar arasında narazılıq yaradıb.
Səs-küy səbəbindən İ.Qaribaşvili çıxışını bir neçə dəqiqə ərzində davam etdirə bilməyib. O, müxalif deputatların sakitləşdirilməsi üçün dərman və həkimə ehtiyacın olduğunu deyib.
Spiker Şalva Papuaşvili müxalifət nümayəndələrinə xəbərdarlıq etsə də, deputatlar çağırışa məhəl qoymayıblar.