SON XƏBƏR

BMT Baş katibi dünyada nüvə silahını tamamilə ləğv etməyə çağırıb

Avqust 03
11:52 2022
Onun sözlərinə görə, nüvə silahının tətbiq edilmə riski soyuq müharibə dövründə olduğu səviyyədə müşahidə olunur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş dünyada nüvə silahını tamamilə məhv etməyə çağırıb.

«Deutsche Welle»nin xəbər verdiyi kimi, bu barədə o, Nyu-Yorkda keçirilən nüvə silahının yayılmaması üzrə Müqavilənin iştirakçı ölkələrinin konfransının açılışında bəyan edib.

Onun sözlərinə görə, nüvə silahının tətbiq olunma riski soyuq müharibə dövründə müşahidə olunan səviyyəyə çatıb.

«Risklərin azaldılması kifayət deyil. Nüvə silahının məhv edilməsi - onun tətbiq olunmamasının yeganə qarantıdır. Biz, yorulmadan bu hədəf üzərində işləməliyik» - Quterriş deyib.

Baş katib qeyd edib ki, bircə anlaşılmazlıq, bircə səhv dünyanı nüvə silahı ilə məhv etməkdən ayırır.
«Bəşəriyyət onun təhdidi qarşısındadır ki, Xirosima və Naqasaki zərbələrindən alınmış dərsi unutsun. Geopolitik gərginlik yeni səviyyəyə çatıb» - o, deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook