SON XƏBƏR

Baydenin Azərbaycana çağırışında Gürcüstanın xüsusi vurğulanması... – Politoloq

Avqust 05
14:54 2021
"ABŞ bölgədaxili münasibətlərin normallaşmasında Tiflisin əhəmiyyətli rol oynamasında ona görə maraqlıdır ki, regionda Rusiya, İran, hətta Türkiyə təsirinin güclənməsini istəmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy ABŞ Prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı məktubda Bakı ilə İrəvan arasında danışıqlar prosesində və gələcək regional əməkdaşlıq üçün Gürcüstanın dəstəyilə əldə olunmuş irəliləyişlərin əsas rol oynayacağına ümid etdiyini vurğulamasına, yəni burada Tiflisin adını xüsusi olaraq qabartmasına münasibət bildirərkən deyib. Ekspert qeyd etdi ki, bu iki amil birbaşa olmasa da, dolayısı bir-birilə əlaqəli proseslərdir: 

"Regional əməkdaşlıığn inkişafı bölgə ilə yanaşı, Qərbin də maraqlarına uyğundur. Çünki Qərb regionun Rusiya və İran kimi dövlətlərin təsir dairəsindən xilas olmasında maraqlıdır. Ona görə də digərləri kimi Qərb də hər zaman bölgədaxili proseslərə təsir etməyə çalışıb. Ancaq Qarabağın işğalda qalması bu prosesə maneə olurdu. Müharibədən sonra isə Qərb də düşünür ki, proseslərə təsir etmək üçün uyğun şərait formalaşıb”. 
Bu müstəvidə həmsöhbətimizə görə, ABŞ Prezidentinin Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində Gürcüstanın adını xüsusi olaraq qabartması onunla bağlıdır ki, Ağ Ev adminstrasiyası sözügedən məsələdə Tiflisin oynaya biləcəyi rolu bölgədaxili münasibətlərin inkişafı baxımından əhəmiyyətli hesab edir: 

"Belə ki, Gürcüstanın bölgənin digər iki ölkəsilə birbaşa əlaqəsi var. Digər tərəfdən, burada Gürcüstan Qərbin ən çox güvəndiyi ölkə hesab olunur. Ona görə də ABŞ bölgədaxili münasibətlərin normallaşmasında Tiflisin əhəmiyyətli rol oynamasında maraqlıdır. Belədə Qərb Tiflis vasitəsilə regionun digər iki dövlət - Azərbaycan və Ermənistanda təsir dairəsini genişləndirmək niyyətindədir”. 

N. Cəfərsoya görə, Tiflisi irəli çəkməkdə Vaşinqtonun başlıca niyyəti isə, Bakı ilə İrəvan arasındakı münasibətlərə təsir etmək baxımından Rusiya və İranın daha güclü potensiala malik imkanlarını neytrallaşdırmağa çalışmaqdan ibarətdir. Bu yanaşma ekspertin fikrincə, həm də onu göstərir ki, ABŞ Türkiyənin də bölgədə nüfuzunun artmasından da narahatdır: 

"Gürcüstanı irəli çəkmək sanki Türkiyəni kölgədə saxlamaq mənasını daşıyır. Amma onun bu narahatlığı yersizdir. Çünki regionda Rusiya ilə İranın təsirini neytralalşdırmağın ən uyğun yolu məhz Türkiyə amilidir”.  

Siyasi islahatlar istiqamətində Qərblə əldə olunan razılaşmadan Gürcüstanın hakim "Gürcü arzusu” hökumətinin birtərəfli imtinasına gəldikdə, həmsöhbətimiz bunu Gürcüstan daxilində cərəyan edən mənzərə, Tiflislə Qərbin münasibətlərini sabotaj etmək istəyən, bu yaxınlaşmadan narahat olan daxili mühafizəkar qruplar və Rusiyanın işi kimi dəyərləndirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook