Qaynarinfo.az dəyişdi: Azərbaycan oxucusu daha yaxşısına layiqdir (VİDEO)
Aprel 25
15:19
2022
2000-ci illərdə Azərbaycan mediasında hələ qəzetlərin lider olduğu vaxtlar idi. Amma artıq internet dövrü gəlmişdi. İnsanlar informasiyanı həm də internet üzərindən əldə etməyə başlamışdılar. Ənənəvi media getdikcə oxucu auditoriyasını itirirdi. Bu təkcə Azərbaycanda baş vermirdi. Dünya mediasında bu problem 10 ildən artıq idi ki, müşahidə və müzakirə olunurdu.
Həmin illərdə Azərbaycanda onlayn media olaraq, bir neçə informasiya agentliyi və bəzi qəzetlərin onlayn versiyası mövcud idi. Xəbər saytları yox dərəcəsində idi.
Qaynarinfo məhz bu illərdə, məhz bu ehtiyacdan yarandı.
Beləliklə, bir neçə aylıq hazırlıqdan sonra, Qaynarinfo 25 aprel 2007-ci il tarixində ilk dəfə oxucuların görüşünə gəldi. İlk gündən yenilikçi ruhu və operativliyi ilə diqqət çəkməyi bacardı. Qısa zamanda həm maraqlı müəlliflər, həm də minlərlə oxucu cəlb etdi.
Lakin Qaynarinfo yalnız xəbər verməklə kifayyətlənmədi, çoxsaylı ictimai müzakirələr açdı, problemləri işıqlandırdı, ictimai nəzarət funksiyasını uğurla həyata keçirdi. Qaldırılan bir çox məsələlər öz həllini tapdı.
Qaynarinfo bu illər ərzində informasiya müharibəsinin də aktiv iştirakçısı oldu. 44 günlük Vətən Müharibəsi vaxtı doğru xəbərin ünvanı kimi tanındı. Qələbədən sonra bir çox ictimai təşkilatlar tərəfindən mükafatlandırıldı.
Qaynarinfo artıq media bazarında tək deyil. Bu illər ərzində Azərbaycanda çoxsaylı saytlar yaranıb. Rəqabət güclənib. Amma Qaynarinfo illərin sınağından və rəqabətdən üzüağ çıxıb.
Hazırda Qaynarinfo ən uzunömürlü azərbaycandilli xəbər saytıdır! Hər gün onminlərlə oxucunun etibar etdiyi, üz tutduğu xəbər resursudur. Media İnkişaf Agentliyinin dəstək verdiyi azsaylı saytlardan biridir.
Lakin dünya sürətlə dəyişir, artıq onlayn medianın sosial şəbəkələr kimi qlobal və güclü rəqibləri var. Onlar həm oxucunun, həm də reklam bazarının böyük hissəsini udur. Artıq ənənəvi onlayn media bu amansız rəqabətdə uduzmağa başlayıb.
Dünyada 10 ildən artıqdır ki, hiss olunan bu proses Azərbaycandan da yan keçməyib.
Texnologiyanın az qala hər gün dəyişdiyi dünyada aparıcı medialar yeni dövrə uyğunlaşmağa çalışır, fərqli texnologiyalar, rəqəmsal həllər tətbiq edirlər. Çoxsaylı uğurlu nümunələr, nəticələr də var.
Bir vaxtlar qəzetlərdə olduğu kimi, artıq xəbər resursları da öz oxucu icmasını yaratmağa, onu və maraqlarını daha yaxından tanımağa, ona daha yaxşı xidmət etməyə çalışır. Müasir texnologiyalar artıq bunu mümkün edir.
Qaynarinfo da öz 15 illik yubileyində istifadəyə verdiyi yeni versiyası ilə bu prosesə start verir.
Beləliklə, bir vaxtlar Azərbaycanda ənənəvi mediadan onlayn mediaya keçidin pionerlərindən sayılan Qaynarinfo indi də rəqəmsal dövrə keçid elan edir. Bu həm ölkədə, həm də regionda rəqəmsal mediaya ilk keçid faktı sayıla bilər.
Yeni yanaşma sayta həm standartlarını yüksəltməyə, həm də daha spesifik auditoriya formalaşdırmağa imkan verir. Bu həm də onlayn medianın yeni biznes modelə keçidi deməkdir.
Ağıllı alqoritmlər, yeni texnoloji həllər oxucunu daha yaxşı tanımağa, ona daha faydalı olmağa imkan verir.
Azərbaycan oxucusu daha yaxşısına layiqdir!

Qlobal.Az