Bataqlığa düşən vətəndaş xilas edildi - Video
![](https://qlobal.az/photo/680x365/2022-08/1659610681_49300051-3bf3-357f-99e1-7e79fa3965c1_850.jpg?1722038901)
Avqust 04
14:57
2022
Mingəçevirdə ahıl kişi bataqlığa düşüb.
Bu barədə "Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112” qaynar telefon xəttinə şəhərin "Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Qlobal.az