Orta məktəblər və bağçalarda məktəb avtobuslarından istifadə ediləcək - VİDEO
Fevral 01
11:50
2025
Azərbaycanda ümumi təhsil müəssisələri və bağçalarda məktəb avtobuslarından istifadə ediləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Xezerxeber.az-ın məlumatına görə, təhsil ekspertləri bildirirlər ki, bir sıra xarici ölkələrin də təcrübəsində öz əksini tapan məktəb avtobuslarının istifadəyə verilməsi yollarda tıxacın, xüsusilə paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında sıxlığın azalmasına ciddi təsir göstərə bilər.
Təhsil eksperti Kamran Əsədov deyir ki, bu avtobuslar ərazidə yerləşən məktəblərin ümumi istifadəsi üçün nəzərdə tutulub.
Dövlət Proqramında əksini tapan digər bir məsələ isə Bakıda təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə təhlillərin aparılmasını, müvafiq siyahıların təsdiq edilməsini və müvafiq siyahıya uyğun dəyişkən iş rejiminin təşkil edilməsini təmin etməlidir.