Gəncədə aksiya: Sakinlər haqlarını tələb edir- VİDEO
İyun 23
17:19
2021
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında bir qrup şəhər sakini aksiya keçirdib.
Aksiyaya səbəb 2-ci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən atılan raketlər nəticəsində dağılmış evlərin sahiblərinə heç bir köməklik göstərilməməsi olub. Raket hücumundan zərərçəkən sakinlərin sözlərinə görə, vəd edilməsinə baxmayaraq, onlara heç bir köməklik göstərilməyib.
İcra başçısı ilə görüş tələb edən aksiya iştirakçılarını inzibati binaya dəvət ediblər.
Aksiyaya polis müdaxiləsi olsa da zorakılıq hallarına rast gəlinməyib.
Məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, raket hücumundan zərər görən evlərin, obyektlərin təmirini "Conco” QSC həyata keçirir.
Mənbə: Gununsesi.info