SON XƏBƏR

Bu sahədə qiymətlər kəskin artdı: 350 manatdan 800 manata...

Fevral 22
10:01 2021
Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb.

Son bir il ərzində demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşmaya səbəb pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsidir. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.

Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb.

Ekspertlər sərhədlərin bütün istiqamətlər üzrə açılacağı və müntəzəm uçuşların bərpa ediləciyi təqdirdə qiymətlərin tədricən enəcəyini bildirirlər. Lakin aviaşirkətlərin ziyanı çox olduğundan qiymətlərin əvvəlki səviyyədə olmayacağı gözlənilir.

Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idi isə, indi bu qiymət 800 manatadır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook