SON XƏBƏR

Avqustda məhdudiyyətlər olacaq? (VİDEO)

İyul 23
12:11 2021
Koronavirusa yoluxma sayı artdıqca və insanların həyatına təhlükə yarandıqca müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz hala gəlir.

Bunu "ARB 24”ün "Gündəm” verilişində avqustun 10-dan sonra məhdudiyyətlərin tətbiq edilməsi iddiasına cavab verən həkim, deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, vətəndaşlar qaydalara əməl edərsə, bu tədbirlərin tətbiqinə ehtiyac qalmayacaq:

"Məhdudiyyətlərin tətbiq olunması dövlət strukturları üçün əlavə gücün sərf olunmasına, administrativ resursların bura cəlb olunmasına və iqtisadiyyatda müəyyən problemlərin ortaya çıxmasına səbəb olan prosesdir. Heç bir dövlət qurumu məhdudiyyətlərin tərəfdarı deyil. Qaydalara vətəndaşlar tərəfindən əməl edilərsə, digər ölkələrdən fərqli olaraq məhdudiyyət tətbiq etmədən də prosesin öhdəsindən gəlmək olar.

Hazırda yoluxmanın aşağı düşməsi səbəbi vaksinasiya, havaların isinməsi və ultrabənövşəyi şüaların aktivliyi ilə əlaqədardır. Lakin biz bundan arxayın olsaq, böyük risklərlə qarşı-qarşıya olarıq. Düzdür, toylarda qoruma tədbirlərini maksimal şəkildə təmin etmək çətindir. İndiki situasiyaya diqqətə yetirsək, yoluxma sayının artması ehtimalı çox yüksəlir. Yoluxma sayı artdıqda isə qoruma tədbirlərini administrativ metodlarla tənzimləmə ehtimalımız artır.

Vaksinasiyada sürətli iştirak bizim sonrakı məhdudlaşdırıcı tədbirlərimizin artıq olmaması istiqamətində olacaq. Ümid edirəm ki, insanlarımız da bu prosesdə yaxından iştirak edərək, yoluxma sayının bu aralıqda qalmasını təmin edəcəklər. Bundan sonra isə administrativ tədbirlərə ehtiyac olmayacaq”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook