SON XƏBƏR

Ziyafət Əsgərov: "Vətəndaşların hüquq və azadlıqlarının məhkəmə yolu ilə müdafiəsi daha da gücləndiriləcək"

Aprel 12
11:10 2019
"Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının çox böyük əhəmiyyəti var. Bu fərmana ölkədə aparılan islahatların tərkib hissəsi kimi baxılmalıdır. Bilirsiniz ki, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarını dövlətin əsas ali məqsədi kimi təsbit edilib. Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi gündən indiyədək bu prinsipə sadiqdir, bundan sonra da belə olacaq”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov deyib.

Z.Əsgərov qeyd edib ki, hər bir vətəndaşın hüquq və azadlıqlarının məhkəmə yolu ilə müdafiəsi daha da gücləndiriləcək: "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda müxtəlif istiqamətlər nəzərdə tutulub. Məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı hüquq və azadlıqlarından istifadə edərkən özünü rahat hiss etsin. Məhkəmə-Hüquq Şurasının ayda bir dəfə iclası keçirilir, müxtəlif məsələlər müzakirə olunur, hakimlərin fəaliyyəti qiymətləndirilir. Əgər hansısa hakim fəaliyyətində pozuntuya yol veribsə, cəzalandırılır. Yəni bu istiqamətdə ciddi işlər görülür. Dövlət başçısının bu istiqamətdə siyasi iradəsi var, bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində islahatlar dərinləşdirilir”.

MM sədrinin birinci müavini vurğulayıb ki, hakimlərinin sayının artırılması ilə bağlı tapşırıq çox önəmlidir: "Hazırda hakimlərin iş yükü həddindən artıq çoxdur. Hakimlərin sayına 200 ştatın əlavə olunması böyük rəqəmdir. Bu, müsbət qarşılanır, çünki hakimlərin iş yükü bir qədər azalacaq. Məhkəmə-Hüquq Şurasında hakimlərin professionallığı məsələsinə çox ciddi baxılır”.

O bildirib ki, vəkillərin sayının artırılması istiqamətində də addımlar atılır: "Bəzən təklif edilir ki, Vəkillər Kollegiyasına qəbulda keçid balı aşağı salınsın. Vəkil də hakim, prokuror qədər savadlı olmalıdır. Tutaq ki, keçid balını aşağı saldıq, kəmiyyət məsələsini həll etdik. Axı keyfiyyətə də diqqət yetirməliyik. Konstitusiyada nəzərdə tutulub ki, hər bir vətəndaşının yüksək ixtisaslaşdırılmış hüquqi yardım almaq hüququ var. Bu hüququ yardımı kim edir? Təbii ki, vəkillər... Ona görə də vəkillərimiz savadlı olmalıdır. İnanıram ki, vəkillərin sayının artırılması məsələsi qısa zamanda həll ediləcək”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook