SON XƏBƏR

Yeni nazir Muxtar Babayev kimdir? - DOSYE

Aprel 23
19:52 2018
Prezident İlham ƏIiyev yeni ekologiya və təbii sərvətlər naziri təyin edib. İndiyədək Hüseyn Bağırovun daşıdığı vəzifə bundan sonra Muxtar Bahadur oğlu Babayevə həvalə edilib.

Qaynarinfo xəbər verir ki, Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb. 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010 və 2015-ci illərdə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 

2012-ci ildə "Tərəqqi" medalı, 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook