SON XƏBƏR

UAK-ın qeydiyyatının ləğvinə cəhd Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır - Professor

May 15
09:54 2017
Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğvi illə bağlı məhkəmə iddiasının qaldırılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə ciddi zərbə vurmaq məqsədi daşıyır.

Bunu Trend-ə Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

İki dövlət arasında bütün sahələr üzrə yüksək səviyyəli əlaqələrin olduğunu deyən E.Əhmədov bu münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsində olduğunu söyləyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman ölkəmizdə yaşayan ruslara yüksək qayğı ilə yanaşıb: "Azərbaycanda rus dilinin, ədəbiyyatının, ənənələrinin inkişaf etdirilməsinə çox həssas yanaşılır. Azərbaycan çox az ölkələrdəndir ki, bütün tədris müəssisələrində rus və Azərbaycan dillərində dərslər paralel olaraq, həyata keçirilir. Bundan başqa, Azərbaycanda 600-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir ki, onların birbaşa investisiyasının həcmi 1 milyard dollardan artıqdır. Bütün bu münasibətlərə rəğmən atılan bu addım onu göstərir ki, ÜAK-ın qeydiyyatının ləğvinə cəhd antiazərbaycan qüvvələrin erməni lobbisi ilə işbirliyinin nəticəsidir. Bu addım 2 dövlət arasındakı münasibətlərə ciddi xələl vurmaq məqsədi daşıyır. Bu, eyni zamanda, Rusiya kimi böyük dövlətə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın tərəfsiz vasitəçiliyinə olan inamı azaldır. Bu addımlar Azərbaycan ictimiayyətini ciddi narahat edir. Buna baxmayaraq, Rusiyadakı sağlam qüvvələr bu ədalətsiz qərarın qəbul olunmasına imkan verməyəcəklər və haqq-ədalət öz yerini tapacaq”.

E.Əhmədov onu da əlavə edib ki, ÜAK indiyədək nə Rusiya qanunlarına, nə də bu ölkənin milli maraqlarına zidd hərəkətlər etməyib: "Əksinə, bu qurum hər zaman Rusiyanın ictimai-siyası, mədəni həyatında fəalllıq göstərib ki, bütün bunlar da nəzərə alınmalıdır".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook