SON XƏBƏR

Türk Şurasının növbəti sammiti Azərbaycanda keçiriləcək

Sentyabr 03
23:04 2018
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək”.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Türk Şurasının baş katibi Bağdad Həmrəyev Qırğız Respublikasının şimalındakı Çolpon-Ata şəhərində keçirilmiş zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.

O, bununla belə, növbəti sammitin tarixini açıqlamayıb.

B.Həmrəyev deyib ki, bu gün Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook