SON XƏBƏR

Tahir Rzayev: "Qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur"

Sentyabr 03
02:23 2019
"Hazırda ölkəmizdə sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biridir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, son illər Azərbaycan iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri məhz sənaye sektorunda qeydə alınır. Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur.

"Bütövlükdə, son illərdə ölkədə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvünə çevrilməsi, xarici bazarlara ənənəvi mallarla yanaşı, yüksək rəqabət qabiliyyətinə malik hərbi təyinatlı məhsullar çıxartması son dərəcə qürurverici haldır. İnnovativ əsaslı iqtisadiyyat quruculuğunu hədəfləyən Azərbaycan özünün sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə istinad edir. Bu baxımdan ölkəmizdə yüksək infrastruktur təminatına malik sənaye parklarının yaradılması təqdirəlayiq haldır”-deyə, T.Rzayev vurğulayıb.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook