SON XƏBƏR

Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Aprel 20
02:02 2019
"Bakı şəhərində keçirilən "Formula 1” yarışına dünyada maraq ildən ilə artır. Bu yarışı izləmək üçün ölkəmizə gələn əcnəbi qonaqlar sayı da artmaqdadır. Bu fakt eyni zamanda, ölkəmizin turizm imkanlarının genişlənməsinin göstəricisidir”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki,   Bakıda keçiriləcək "Formula 1” yarışı dünyada populyar idman tədbirlərindən biridir. Onun sözlərinə görə, bu nüfuzlu beynəlxalq idman yarışına dünyada maraq ildən ilə artır. Bakı şəhərinin bir neçə ildir ki, "Formula 1” Avropa Qran-prisinə ev sahibliyi etdiyini deyən S.Orucov deyib ki, bunun ciddi əsasları var.

""Formula 1” yarışlarının keçirilməsi üçün müəyyən şərtlər var. Azərbaycan da bu şərtlərə tam cavab verir. Bu da ondan ibarətdir ki, mötəbər idman tədbirinin keçiriləcəyi ölkədə ictimai-siyasi sabitlik olmalı, eləcə də lazımi idman standartlarına cavab verməlidir. Bilirsiniz ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan  sosial-iqtisadi cəhətdən dinamik inkişaf etməklə yanaşı, dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə bütün idman strukurları mövcuddur və beynəlxlaq standartlara tam cavab verir”-deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook