SON XƏBƏR

Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

Yanvar 22
11:59 2018
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess” turniri davam edir

Artıq yarışda 8-ci turun oyunları keçirilir.

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu məğlubiyyətlə başa çatdırıb.
 
O, qara fiqurlarla oynadığı partiyada əsas izləyicisi Aniş Qiri ilə üz-üzə gəlib. "Şah” 32-ci gedişdə təslim olub.
 
Bu nəticədən sonra 5,5 xalda qalan Məmmədyarov ikinci pilləyə geriləyib. Aniş Qiri (Hollandiya) isə liderliyə yüksəlib.

9-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniklə qarşılaşacaq.
 
Qeyd edək ki, Ş. Məmmədyarov hazırda dünya şahmat reytinqində ikinci yerdədir. O, 2817.5 xalla dünya birincisi Magnus Karlseni izləyir. Karlsenin hazırda 2835.4 xalı var.  (Apasport.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook