SON XƏBƏR

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ədəbsiz jestinə görə cəzalandırıldı

Fevral 29
11:55 2024
"Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo komandasının ölkə çempionatında növbəti oyununu buraxacaq.

Qaynarinfo xəbər verir ki, Associated Press-in məlumatına görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi portuqaliyalını bir oyunluq cəzalandırıb.

39 yaşlı futbolçu "Əş-Şəbab"la oyunda (3:2) azarkeşlərə nalayiq jest etdiyi üçün belə cəza alıb. Azarkeşlər onu qıcıqlandıraraq: "Messi, Messi!" – deyə qışqırıb.
Ronaldo bu mövsüm bütün turnirlərdə "Əl-Nasr"ın heyətində 28 qol vurub və 11 məhsuldar ötürmə edib.

Futbolçu azarkeşlərə nalayiq jest etdiyinə görə özünə haqq qazandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook