Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək
![](https://qlobal.az/photo/680x365/2024-03/1711348878_e13d4daf-7d7a-4fbe-ab40-ac5b83f5dcef.jpg?1722038723)
Mart 25
10:41
2024
Azərbaycan millisi Bakıda təşkil olunan "FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.
Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.
"FIFA series – Edition 2024”
25 mart
20:00. Azərbaycan – Bolqarıstan
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu