SON XƏBƏR

Sahil Babayev: İlin sonuna kimi Azərbaycan ixracatçılarının daha bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur

Avqust 12
00:15 2017
«Bu il ərzində "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana  ixrac missiyaları həyata keçirilib, yerli məhsullarımız vahid ölkə stendləri ilə beynəlxalq sərgilərdə nümayiş olunub. Bu ilin sonuna kimi Azərbaycan ixracatçılarının daha bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur».
 
Bu fikri iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
 
S.Babayev bildirib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə səfirlik və konsulluqlarda ticarət nümayəndələri təyin edilib.
 
«Artıq Azərbaycanın 3 ölkədə - Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub. Bu ilin mayında Belarusda Azərbaycan Ticarət Evi yaradılıb. İxracın genişləndirilməsi məqsədilə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın logistika mərkəzi fəaliyyət göstərir. Bunlarla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə ixrac olunan yerli məhsullar üçün ixrac təşviqi ödənilir. Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 milyon manat həcmində ixrac təşviqi ödənilib»- deyə, nazir müavini vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook