SON XƏBƏR

Rusiya və Ermənistanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Aprel 03
11:14 2019
Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və bütün Rusiyanın patriarxı Kirill bütün ermənilərin katolikosu II Qaregin ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

"Report"un xəbərinə görə, məlumatı patriarxlığının mətbuat xidməti yayıb. 

Erməni katolikosu Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli regionda sülh və sabitliyin qorunması üçün vacibdir: "Problemin həlli üçün ən vacib məsələ sülhə aparan ab-havanın yaradılması, eyni zamanda qarşılıqlı etimadın artırılması və müharibə ritorikasının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir".

O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək üçün Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin üçtərəfli görüşlərini təşkil etdiyinə görə Kirilə minnətdarlığını bildirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook