Rusiya Dağlıq Qarabağın statusu məsələsini niyə qaldırmadı? (ŞƏRH)
Yanvar 19
04:02
2021
"Status məsələsi mübahisəlidir, tərəflərin mövqeyi bəllidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, indiki mərhələdə həlli və razılaşdırılması mümkün olmayan məsələlər sonraya təxirə salınır:
"İlk növbədə isə barəsində razılıq əldə edilə bilən məsələlər müzakir edilib. Məsələn, nəqliyyat, humantar məsələlər və s. Ola bilər ki, nə vaxtsa status məsələsi müzakirə olunsun. Amma Azərbaycan tərəfinin status məsələsinə münasibətini İlham Əliyev qəti şəkidə bəyan etdi və dedi ki, status olmayacaq”.
Zərdüşt Əlizadə qeyd edib ki, vasitəçilik missiyasından qazanc götürən, bölgədə nüfuza sahib olmağa çalışan Avropa dövlətləri status məsələsinin müzakirə edilməsinin vacibliyini deyirlər:
"Amma bütün bunlara baxmayaraq, Azərbaycan topaq sahibi kimi deyir ki, heç bir status olmayacaq. Onlar istəyir ki, köhnə məsələni diritsinlər, bu barədə danışırlar. Paşinyana status məsələsi ona görə lazımdır ki, erməni cəmiyyətində mövqeyi çox zəifdir. Onu devirmək, hakimiyyətdən kənarlaşdırmaq istəyirlər”.