SON XƏBƏR

Rəsmi Moskvadan iki yaşlı Zəhranın ölümünə MÜNASİBƏT

İyul 11
05:13 2017
Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması  nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

"Qaynarinfo" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov APA-ya açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib:  "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq",-deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi. O,münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırdıqlarını bildirmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook