SON XƏBƏR

Rəsmi Kiyevdən bəyanat:“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“

Dekabr 06
16:02 2018
"Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”.

Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın xarici işlər naziri Pavlo Klimkinbildirib.

"Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, –  nazir vurğulayıb.

Ukraynanın XİN rəhbəri həmçinin region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platform olaraq qaldığını diqqətə çatdırıb/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook