SON XƏBƏR

Rəşid Behbudov - 100

Dekabr 15
17:38 2016
Dünən 14 dekabrda, Heydər Əliyev adına Respublika sarayında Mədəniyyət və Turizm Nazirliyinin dəsti- xətti ilə Rəşid Behbudovun xatirəsinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Gecədə ilk çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək, Rəşid Behbudovun Azərbaycan üçün miras sənətindən danışdı. Nazir qeyd etdi ki, gözəl səs, profesional ifa hələ yüzilliklərlə insanların könlünü oxşayacaq.
  
Gecəyə təşrif buyurmuş qonaqlar qismində Rəşid Behbudovun repertuarından ifalar səsləndi. Xuraman və Fidan Qasımova bacıları, İlhamə Qasımova, Abbas Bağırov, həmçinin xalq artisti Azər Zeynallı, Samir Piriyev, Samir Cəfərov və digərləri zalda əyləşən tamaşaçılara ifaları ilə xoş anlar yaşatdılar.

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook