Nobel Sülh Mükafatına namizədlərin sayı məlum olub
![](https://qlobal.az/photo/680x365/2024-02/1709188777_14722242-52d7-4e12-8dda-7b0fa93440e4.jpg?1722040649)
Fevral 29
10:39
2024
Payızda Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparır.
APA-nın Norveç Nobel İnstitutuna istinadla xəbərinə görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub. Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord 2016-cı ildə qeydə alınıb - 376 iddiaçı.